Qrizmann milli karyerasını başa vurdu

Qrizmann milli karyerasını başa vurdu

Antuan Qrizmann Fransa millisindəki karyerasını başa vurub. Bunu hücumçunun özü açıqlayıb.

“Atletiko”nun forvardı bu addımı 33 yaşında atıb. Yayda yığmadan getmək barədə düşünmədiyini, DÇ-2026-da oynamaq istədiyini bildirən Antuan fikrindən daşınıb.

Qeyd edək ki, 2024-cü ildən millidə çıxış edən futbolçu 137 oyunda 44 qol vurub. O, 2018-ci ildə dünya çempionu titulunu qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Yazıcı “Qarabağ”a qarşı oynaya biləcək

Növbəti yazı

Azərbaycan kubokunun püşkatma mərasimi keçirildi