Qrizmann Messini arxada qoydu

Qrizmann Messini arxada qoydu

“Atletiko”nun hücumçusu Antuan Qrizmann İspaniya çempionatının tarixinə düşüb. O, La Liqada ən çox meydana çıxan əcnəbi futbolçu olub.

34 yaşlı oyunçu 29-cu turda səfərdə “Espanyol”a qarşı oyunda 521-cü dəfə meydana çıxıb. O, bu göstəricidə “Barselona”nın əfsanəsi Lionel Messini (520 matç) arxada qoyub. 

Qeyd edək ki, “Espanyol” – “Atletiko” matçı 1:1 hesabı ilə yekunlaşıb. Qrizmann bu mövsümdə 8 qol və 5 ötürçə ilə yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

Uilyams “Çelsi” yolunda

Növbəti yazı

17-ci məhsuldar heç-heçə