Qrizmann “Barselona”da qalmağa üstünlük verdi
Fransa millisinin futbolçusu Antuan Qrizmann İspaniyanın “Barselona” klubunda qalmaq niyyətindədir. Təcrübəli hücumçu La Liqanın nəhənginin heyətində çıxış etməkdən razıdır. Qrizmannın 2014-19-cu illərdə çıxış etdiyi “Atletiko”ya qayıtması barədə xəbərlər yayılsa da, fransalı getmək barədə düşünmür. Antuan klubda ən azı daha 100 oyun keçirmək istəyində olduğunu gizlətməyib: “Ümid edirəm ki, “Barselona”da daha 100 oyun keçirəcəyəm. Klubun tarixinə düşmək istəyirəm. Həm meydanda, həm də kənarda “Barselona”ya kömək etmək arzusundayam”.