Qrizmann “Atletiko”da qalır

Qrizmann “Atletiko”da qalır

Antuan Qrizmann “Atletiko” ilə yeni müqavilə imzalayacaq. Bu barədə İspaniyadə mətbuatında məlumat yayılıb.

34 yaşlı fransalı hücumçu Madrid klunu ilə 2027-ci ilin yayına kimi razılıq əldə edib. Qrizmannın komanda ilə aktiv olan müqaviləsi bir il müddətinə uzaldılacaq. O, ABŞ MLS-dən təklif alsa da, “Atletiko”da qalmaq qərarına gəlib.

Qeyd edək ki, təcrübəli oyunçu mövsümdə 46 oyunda 16 qol vurub və 7 ötürmə verib.

ETOPAZ

Əvvəlki yazı

Həftənin rəmzi komandası bəlli oldu

Növbəti yazı

Dürant “Finiks”i tərk edəcək