Qrizman qərarını verdi
“Atletiko”nun hücumçusu Antuan Qrizman qərarını verib. O, Madrid klubunda qalmaq niyyətindədir.
Fransalı hücumçu komandasının maliyyə problemlərinə baxmayaraq, “Atletiko”da çıxışını davam etdirəcək. Forvard maaşını azaltmağa hazırdır. Qrizmanın əsas məqsədi Madrid təmsilçisinə nəticə gətirmək üçün özünün ən yaxşı formasını almaqdır.