Qrinvudun məhkəməsində dinləmə prosesi başa çatdı
“Mançester Yunayted”in futbolçusu Meyson Qrinvudun məhkəməsində növbəti dinləmə prosesi başa çatıb. İttiham olunan futbolçu barədə yeni qərar verilib.
Onun zaminə buraxılma müddəti artırılıb. 20 yaşlı ingiltərəlinin hansı müddəti azadlıqda keçirə biləcəyi açıqlanmayıb. 2022-ci ilin yanvarında saxlanılan, fevralda zaminə buraxılan futbolçu ilə bağlı hökm oxunanadək hər hansı təfərrüat elan edilməyəcək.