Qrin Orrinin rekordunu təkrarladı
“Filadelfiya”nın basketbolçusu Denni Qrin pley-offun rekordunu təkrarlayıb. Hücumçu NBA-nın yeddiqat çempionu Robert Orrinin göstəricisinə şərik çıxıb.
Qrin pley-offun ikinci mərhələsinin “Mayami” ilə üçüncü oyununda (99:79) 21 xal toplayıb. O, bütün xalları üçxallıq atışlardan yığıb. Onun 16 atışından 7-si dəqiq alınıb.
1997-ci ildə Orri də hamısı üçxallıq atışdan olmaqla 21 xal toplamağı bacarıb.