Qrimaldo “Barselona” yolunda
“Bayer”in müdafiəçisi Aleks Qrimaldo “Barselona”nın maraq dairəsinə düşüb. İspaniyalı futbolçu yayda ölkəsinə dönə bilər.
Leverkuzen klubu 30-40 milyon avro qarşılığında Qrimaldonun transferinə yaşıl işıq yandıracaq. “Barsa” uşaq akademiyası “La Masia”nın yetirməsi olan Aleks doğma klubuna dönməyin əleyhinə deyil. O, 2008-2016-cı illərdə akademiyanın sistemində futbolun sirlərini öyrənib.
Qeyd edək ki, Qrimaldo bu mövsümdə 29 oyunda 2 qol və 6 ötürmə ilə yadda qalıb.