Qriliş sıradan çıxdı

Qriliş sıradan çıxdı

“Everton”un heyətində ciddi itki baş verib. Komandanın aparıcı oyunçularından olan Cek Qriliş sıradan çıxıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli vingerin ayaq sümüyü sınıb. 30 yaşlı futbolçu təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, “Everton” Cek Qrilişi mövsümün əvvəlində “Mançester Siti”dən icarəyə götürüb.

ETOPAZ

Əvvəlki yazı

Ter Ştegen rəsmən “Jirona”da

Növbəti yazı

“Beşiktaş”dan “Braqa”ya