Qriliş “Everton” yolunda
“Mançester Siti”nin futbolçusu Cek Qriliş Premyer Liqada klubunu dəyişə bilər. 29 yaşlı futbolçunun “Everton”a transferi gündəmdədir.
Bu barədə “Sky Sports” nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, hər iki klub arasında ilkin danışıqlar aparılıb. Əgər razılıq əldə olunarsa, yarımmüdafiəçi “Everton”da çıxış etməyə müsbət yanaşır.












