Qrifffinə dörd müştəri
Bleyk Qriffin komandasını dəyişə bilər. Son iki mövsümü “Bruklin”də keçirən 33 yaşlı hücumçu dörd klubun maraq dairəsindədir.
“Leykers”, “Mayami”, “Çikaqo” və “Boston” onu heyətinə qatmağı planlaşdırır. O, ötən mövsüm orta hesabla 6,4 xal, 4,1 ribaunda imza atıb. Onun oyundan atışlarda dəqiqliyi 42,5 faiz təşkil edir.