“Qranada”da yeni baş məşqçi

“Qranada”da yeni baş məşqçi

İspaniyanın “Qranada” klubunun yeni baş məşqçisi müəyyənləşib. La Liqa təmsilçisini Aytor Karanka çalışdıracaq.

48 yaşlı ispaniyalının yeni komandası turnir cədvəlində 17-ci pillədə qərarlaşıb. “Qranada” son iki matçında “Levante”yə 1:4, “Sevilya”ya 2:4 hesabı ilə uduzub.

Karankanın son iş yeri ötən il ayrıldığı İngiltərənin “Birminhem” klubu olub. OŞ karyerası ərzində “Nottinhem Forest” və “Midlsbro”ya da başçılıq edib. O, 2010-13-cü illərdə “Real”da Joze Mourinyonun köməkçisi kimi çalışıb.

Qeyd edək ki, Karankaya qədər “Qranada”nı baş məşqçi vəzifəsini icra edən Ruben Torresilya çalışdırırdı.
 

e-Topaz

Əvvəlki yazı

“Fiorentina” “Arsenal”ın futbolçusunu transfer etdi

Növbəti yazı

Kriştiano Ronaldonun övladı vəfat edib