Qosens “İnter”də qaldı
“İnter”in futbolçusu Robin Qosensin taleyinə aydınlıq gəlib. O, İtaliya klubunda qalıb.
Yarımmüdafiəçinin “Volfsburq”a keçidi baş tutmayıb. Tərəflər 29 yaşlı almaniyalının transferini razılaşdıra bilməyib. Bundesliqa təmsilçisi Robini sonradan almaq öhdəliyi ilə bir mövsümlük icarəyə götürmək istəyində idi.