Qonzales “Fiorentina”da qaldı
“Fiorentina”nın forvardı Nikolas Qonzalesin durumuna aydınlıq gəlib. Klub onunla müqaviləni yeniləyib.
Hücumçu 2028-ci ilin yayına kimi “bənövşəyilər”in şərəfini qoruyacaq. O, Premyer Liqa təmsilçilərinin marağına baxmayaraq komandada qalıb.