Qonaqların günü: “Qarabağ”la “Zirə”dən qələbə

Qonaqların günü: “Qarabağ”la “Zirə”dən qələbə

Azərbaycan Premyer Liqasında mövsümün ikinci yarısına start verilib. XV turun ilk günündə iki qarşılaşma baş tutub. Hər iki matçda qonaqlar qalib gəlib.

Günün ilk oyununda Bakı klubları üz-üzə gəlib. Paytaxt derbisinin taleyini bir qol həll edib. “Zirə” “Keşlə” üzərində qələbə ilə 3-cü pilləyə yüksəlib. Həlledici qola Məhəmməd Hamdaui imza atıb.

Turun mərkəzi qarşılaşmasında “Neftçi” “Qarabağ”ı qəbul edib. Son çempion hazırkı liderlə görüşdən xalsız ayrılıb. Ağdam təmsilçisi Kadi Borqesin dublu ilə önə keçib. Bakılılar Mert Çelikin qolu ilə yalnız fərqi azalda bilib. Qurban Qurbanovun yetirmələri hesabına daha 3 xal yazaraq mövqeyini möhkəmlədib.

Qeyd edək ki, tura sabah keçiriləcək “Səbail” – “Sumqayıt” və “Sabah” – “Qəbələ” matçları ilə yekun vurulacaq.

e-Topaz

Əvvəlki yazı

PSJ-dən Markinyos qərarı

Növbəti yazı

İbrahimoviç 2 oyunu buraxacaq