Qol sevinci zamanı zədələndi
“Sauthempton”da itki baş verib. Komandanın yarımmüdafiəçisi Karlos Alkaras zədələnib.
20 yaşlı futbolçu Premyer Liqanın 26-cı turunun “Lester”lə görüşündə yeganə qolun müəllifi olub. Yarımmüdafiəçi bunu meydanda sürüşərək bayram etmək qərarına gəlib. Lakin onun sol ayağı bədəninin altında qalaraq əzilib və fasilədən az sonra əvəz olunub.