“Qızıl top”un sahibinin mükafatlandırılacağı tarix dəqiqləşdi

“Qızıl top”un sahibinin mükafatlandırılacağı tarix dəqiqləşdi

“Qızıl top” mükafatının təqdimat mərasiminin vaxtı və yeri dəqiqləşib. Bunu mükafatın təsisçisi olan “France Football” nəşri açıqlayıb.

“Qızıl top”a namizədlərin siyahısı oktyabrın 8-də elan olunacaq. Avropanın ən yaxısının adı isə noyabrın 29-da elan ediləcək.

Mükafatlandırma mərasimi Fransanın paytaxtı Parisdəki “Şatle” teatrında gerçəkləşəcək. Sonuncu dəfə 2019-cu ildə təqdim olunan “Qızıl top” eyni məkanda Lionel Messiyə verilmişdi.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən 2020-ci ildə mükafat təqdim edilməyib.

ETOPAZ

Əvvəlki yazı

Morenonun son oyunu

Növbəti yazı

Qurban Qurbanov: “Aqressiv oynamağa çalışacağıq”