“Qızıl top”un sahibi açıqlandı

“Qızıl top”un sahibi açıqlandı

66-cı dəfə ilin ən yaxşı futbolçusu üçün təsis olunan “Qızıl top” mükafatının sahibi müəyyənləşib. Məşhur “France Football” nəşrinin keçirdiyi səsvermənin qalibi adına Kərim Benzema yiyələnib.

2022-ci ilin qalibinin adı Fransanın paytaxtı Parisdə keçirilən tədbirdə açıqlanıb. “Şatle” teatrında təşkil olunan mərasimdə “Real”ın fransalı hücumçusu mükafatına qovuşub. Ona mükafatı keçmiş baş məşqçisi, əfsanəvi fransalı Zinəddin Zidan təltif edib.

Qeyd edək ki, 1956-cı ildən ən yaxşıya təqdim olunan “Qızıl top” 2010-15-ci illərdə FIFA və “France Football”ın birgə təşkilatçılığı ilə sahibini tapıb.

ETOPAZ

Əvvəlki yazı

Ən yaxşı komandanın adına aydınlıq gəldi

Növbəti yazı

“Mançester Yunayted” De Xeaya əvəzləyici axtarışında