“Qızıl samba”ya 30 namizəd
Braziliyanın “Sambafoot” nəşri “Qızıl samba” mükafatına namizədləri açıqlayıb. Titul əsasən Avropada çıxış edən ən yaxşı braziliyalıya verilir.
Namizədlər siyahısına 30 futbolçu daxildir. Bunlar Aleks Sandro (“Yuventus”), Artur Kabral (“Bazel”), Klaudinyo, Malkolm (hər ikisi “Zenit”), Ederson, Fernandinyo, Qabriel Jezuş (hamısı “Mançester Siti”), Lukas Moura (“Tottenhem”), Mateus Pereyra (“Vest Bromviç” / “Əl Hilal”), Rafinya Dias (“Lids”), Alisson Bekker, Fabinyo, Roberto Firmino (hamısı “Liverpul”), Bruno Gimaraes, Lukas Paketa (hər ikisi “Lion”), Dieqo Karlos (“Sevilya”), Fred (“Mançester Yunayted”), Markinyoş, Neymar (hər ikisi PSJ), Rişarlison (“Everton”), Tyaqo Silva (“Çelsi”), Antoni (“Ayaks”), Kasemiro, Eder Militao, Vinisius Junior, Rodriqo (hamısı “Real”), Felipe, Mateus Kunya (hər ikisi “Atletiko”), Lukas Verissimo (“Benfika”) və Filipp Koutinyodur (“Barselona”). Mükafatın qalibi internet istifadəçiləri və “Sambafoot” üzvlərinin səsverməsi ilə müəyyən ediləcək.