Qitə çempionatının ev sahibi dəyişdi
Qvineya Afrika Millətlər Kubokuna ev sahibliyi etmək hüququnu itirib. Bu barədə qərarı Afrika Futbol Konfederasiyası verib.
Belə addımın atılmasına səbəb qitə çempionatı üçün infrastrukturun lazımı səviyyədə olmamasıdır. Qvineya 2025-ci ildə təşkil olunacaq yarışı qəbul etməli idi. Konfederasiya ev sahibliyi üçün sifarişlərin yenidən qəbuluna başlayacaq.
Qeyd edək ki, sonuncu dəfə Kamerunda keçirilən yarışda Seneqal yığması çempionluq yaşayıb.