Qerreyro üçün seçim
“Bavariya”nın müdafiəçisi Rafael Qerreyro ölkəsinə qayıda bilər. “Benfika” portuqaliyalı futbolçunu transfer etmək istəyir.
Bu barədə “A Bola” nəşri məlumat yayıb.
Qerreyronun Almaniya klubu ilə müqaviləsi yayda başa çatır. Bu səbəbdən Lissabon təmsilçisi 31 yaşlı sol cinah müdafiəçisini yanvar ayında münasib qiymətə heyətinə qatmağı planlaşdırır.













