Qerreyro komandanı tərk edir
“Borussiya”da ayrılıq yaşana bilər. Müdafiəçi Rafael Qerreyro yayda Dortmundu tərk etməyi düşünür.
29 yaşlı portuqaliyalının klub ilə müqaviləsi mövsümün sonunda başa çatır. Rəhbərlik ona yeni sözləşmə təklif etsə də, futbolçudan heç bir cavab almayıb.