Qazol ikinci divizionda
Məşhur basketbolçu Mark Qazol karyerası ilə bağlı qərarını verib. 36 yaşlı mərkəz oyunçusu iki ay düşündükdən sonra vətəni İspaniyaya qayıtmağa üstünlük verib.
O, ikinci divizion klubu “Jirona”da oynayacaq. Onun debütü dekabrın 3-də baş tuta bilər. 2006-08-ci illərdə bu klubda çıxış etmiş Qazol hazırda “Jirona”nın sahibi və prezidentidir.
2019-cu ildə NBA çempionu olan Markın son klubu “Leykers” olub. Bu yay oyunçu dəyişikliyi ilə “Memfis”ə keçsə də, sonuncular onu heyətdən çıxarıb. Həmin vaxtdan azad agent statusuna malik ispaniyalı ötən mövsüm hər matçda 5,0 xal, 4,1 ribaund və 2,1 ötürməyə nail olub.