Qazaxıstan millisinin qapıçısı “Sabah”da

Qazaxıstan millisinin qapıçısı “Sabah”da

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. Qazaxıstan millisinin qapıçısı Stas Pokatilov bundan sonra Bakı təmsilçisinin uğurları üçün çalışacaq.

Pokatilov karyerası ərzində Qazaxıstanın “Akjayık” (2010-2013), “Şaxtyor” (Karaqanda, 2013-2015), “Aktobe” (2015-2016, 2022-2023), “Kayrat” (2016-2022), “Tobol” (2024) və Rusiyanın “Rostov” (2016) komandalarında çıxış edib.

2015-ci ildən Qazaxıstan millisinin üzvü olan Stas yığmada 28 oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

“Porto”da ayrılıq

Növbəti yazı

İslandiya millisində yeni baş məşqçi