Qazaxıstan millisinin baş məşqçisi bəlli oldu
Qazaxıstan milli komandasının yeni baş məşqçisi bəlli olub. Komandanı Talqat Baysufinov çalışdıracaq.
Sentyabrda yığmanın müvəqqəti çalışdırıcısı təyin olunan mütəxəssislə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, Qazaxıstan millisi Talqat Baysufinovun rəhbərliyi altında 4 oyun keçirib.












