Qaviyə 1 milyard avro qiymət qoyuldu
“Barselona” futbolçusu Qavi ilə müqaviləni uzadacaq. Bununla bağlı danışıqlar müsbət nəticələnib.
18 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsinin bütün detalları razılaşdırılıb. Onunla 2026-cı ilin yayına qədər nəzərdə tutulan anlaşma imzalanacaq. Futbolçunun sərbəstqalma məbləği kimi 1 milyard avro göstəriləcək. Yarımmüdafiəçinin maaşı da artırılacaq.