Qavi İspaniya tarixinə düşdü
“Barselona”nın futbolçusu Qavi İspaniya millisinin tarixinə düşüb. Yarımmüdafiəçi buna Çexiya ilə keçirdikləri (2:2) Millətlər Liqasının oyununda nail olub.
45+3-cü dəqiqədə ispanların bərabərlik qoluna imza atan Qavi yığmada ən gənc yaşda fərqlənən oyunçu adına yiyələnib. O, 17 yaş 304 günlüyündə buna müvəffəq olub.
Qavi 2020-ci ilin sentyabrında Millətlər Liqası matçında Ukraynaya 17 yaş 311 günlüyündə qol vuran Ansu Fatinin rekordunu yeniləyib.