Qattuzo İtaliya millisində
İtaliya millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib. Yığmaya Cennaro Qattuzo rəhbərlik edəcək.
Bu barədə millinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, 47 yaşlı mütəxəssis daha əvvəl “Milan”, “Valensiya”, “Marsel” və “Napoli” kimi komandaları çalışdırıb. O, son olaraq Xorvatiya “Hayduk”unun baş məşqçisi olub.