Qattuzo futbolçuları döyür
Cennaro Qattuzo Fransa mətbuatının gündəmini zəbt edib. “Marsel”in 45 yaşlı yeni baş məşqçisinin məşq keçmə tərzi marağa səbəb olub.
İtaliyalı mütəxəssis məşq zamanı futbolçuları vurur. Lakin bu, aqressivliyin təzahürü deyil, məşqdə yaxşı nəticə göstərən futbolçuları tərifləmək üsuludur. Baş məşqçinin bu tərzi oyunçuların marağına səbəb olub. Onlar Cennaronun məşq keçmə üslubunun yayda “Marsel”dən ayrılan İqor Tudorun sisteminə çox bənzədiyini bildiriblər.