Qasperini mətbuat konfransına gəlmədi
İtaliya A Seriyasında növbəti matçlar keçirilib. “Atalanta” “Yuventus”u qəbul edib. 1:1 hesabı ilə bitən görüşdən sonra Berqamo təmsilçisinin baş məşqçisi Can Pyero Qasperini mətbuat konfransına gəlməyib.
Buna səbəb italiyan çalışdırıcının baş hakim Mauritsio Marianidən narazı qalması olub. Məşqçinin əvəzinə jurnalistlərin suallarını “Atalanta”nın baş direktoru Umberto Marino cavablandırıb.