Qasperini ən yaxşı adına layiq görüldü

Qasperini ən yaxşı adına layiq görüldü

İtaliya A Seriyasında noyabr ayının ən yaxşı baş məşqçisi məlum olub. Bu ada “Atalanta”nı çalışdıran Can Pyeri Qasperini layiq görülüb.

Bu barədə turnirin rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, “Atalanta” noyabr ayında A Seriyasında keçirdiyi 3 oyunda 3 qələbə qazanıb. Berqamo təmsilçisi 15 turdan sonra 34 xalla birinci sıradadır.

ETOPAZ

Əvvəlki yazı

“Real”da ciddi itki

Növbəti yazı

Levandovski Messiyə çatdı