Qarsiya “Vilyarreal”a döndü
“Vilyareal”ın baş məşqçisi müəyyənləşib. Marselino Qarsiya vəzifəsinə qayıdıb.
Tərəflər 2026-ci ilin yayına qədər saziş imzalayıblar. 58 yaşlı ispaniyalı mütəxəssis 2013-2016-cı illərdə bu komandaya rəhbərlik edib. Komanda hazırda La Liqada 14-cü pillədə qərarlaşıb.