Qarsiya “Real Sosyedad” yolunda
“Barselona”nın 24 yaşlı müdafiəçisi Erik Qarsiya yay transfer pəncərəsində komandanı tərk edə bilər. Müdafiəçi ilə İspaniyanın digər klubu “Real Sosyedad” maraqlanır.
Qarsiyanın transfer qiyməti 15 milyon avro olaraq qiymətləndirilir. Erikin “Barsa” ilə hazırkı müqaviləsi 2026-cı ildə başa çatacaq.
Qarsiya 2021-ci ildən kataloniyalıların heyətində çıxış edir. İspaniya çempionatının cari mövsümündə müdafiəçi 21 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.