Qarner transfer siyahısında
“Mançester Yunayted” daha bir oyunçusu ilə yollarını ayırmağa hazırlaşır. Klub yarımmüdafiəçi Ceyms Qarneri satmaqda maraqlıdır.
Futbolçu “qırmızı şeytanlar”ın yetirməsidir, 21 yaşlı Qarner ötən mövsüm icarə əsasında “Nottingem Forest”də çıxış edib. Onun transfer qiyməti 14 milyon funt-sterlinq olaraq qiymətləndirilir.