Qarnaço üçün 10 qat artım
“Mançester Yunayted” futbolçusu Alexandro Qarnaço ilə müqaviləni uzatmağa qərar verib. “Real”ın maraq dairəsinə düşən hücumçuya yeni anlaşma təklif olunub.
İngiltərə klubu onun maaşını 10 qat artırmağa razıdır. Onun yeni qazancı həftəyə 50 min funt sterlinq təşkil edəcək.
Qeyd edək ki, Qarnaço mövsümün 29 matçında 4 qol və 5 assist müəllifi olub.