Qaret Beyl: “Real”da 1 nömrəyəm”

Qaret Beyl: “Real”da 1 nömrəyəm”

Uels millisinin və İspaniyanın “Real” klubunun futbolçusu Qaret Beyl qolf

sevgisini növbəti dəfə büruzə verib. Təcrübəli yarımmüdafiəçi qolf üzrə açıq İspaniya çempionatını ziyarət edib. O, yarışdan öncə jurnalistlərə maraqlı açıqlama verib:

“Real”da yalnız iki nəfər – mən və Tibo Kurtua qolf oynayır. Mən “Real”da bir nömrəyəm. Çünki Tibo məndən yaxşı oynamır. Qolf turnirlərinə baş çəkmək imkanı olan kimi bundan yararlanıram. Əla ab-hava, tamaşaçılar və yaxşı oyunçular var. Qolfçuların təzyiq altında özlərini necə göstərməsi inanılmazdır. Futbol bununla fərqlənir. Çünki təzyiq də var, meydanda hakim də. Qolf daha intellektual oyundur. Burada daha çox təzyiq hiss edirəm, nəinki 80 min tamaşaçının olduğu stadionda”.

ETOPAZ

Əvvəlki yazı

Belçikadan ardıcıl 2 məğlubiyyət

Növbəti yazı

Kevin de Breyne: “Biz yalnız Belçikayıq”