“Qarabağ”la “Sabah” dünya reytinqində irəlilədi

“Qarabağ”la “Sabah” dünya reytinqində irəlilədi

İFFHS klubların dünya reytinqini açıqlayıb. Siyahıya 537 xala malik PSJ başçılıq edir.

Cədvəldə Azərbaycanın 4 komandası yer alıb. “Qarabağ” 171 xalla 82-cidir. Ağdam klubu 14 pillə irəliləyib.

6 pilləlik irəliləyişə nail olan “Sabah” 81 xalla 296-cıdır.

66,5 xalla 391-ci olan “Araz-Naxçıvan” 36 addım geriləyib.

“Zirə” 65,5 xalla 407-cidir. Bakı klubu 27 pillə geriləyib.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi”də ciddi itki

Növbəti yazı

Serbiya millisində istefa