“Qarabağ”la “Səbail”dən böyükhesablı qələbə

“Qarabağ”la “Səbail”dən böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında IV turun daha iki oyunu keçirilib. Turun ikinci günündəki hər görüşlərdə böyükhesablı nəticə qeydə alınıb.

“Kəpəz”i qəbul edən “Səbail” fasiləyə məğlub durumda yollanıb. Hesabı Əfran İsmayılov açıb. İkinci hissədə Qoba Zakpa, Franko Mazurek, və iki dəfə  Ağabala Ramazanov qonaqların qapısına yol tapıb. Bununla da “Səbail” mövsümdə ilk qələbəsini əldə edib – 4:1.

Son çempion “Qarabağ” “Şamaxı”nı sınağa çəkib. İlk yarıda Kvabena Ovusunun qolu ilə hesabı açan ağdamlılar fasilədən sonra daha üç dəfə fərqlənib. Leandro Andrade və iki dəfə Ramil Şeydayev qol sevinci yaşayıb – 4:0. Bununla da “Qarabağ” çempionatda, Ramil bombardirlər yarışında zirvəyə yüksəlib.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Haıanddan het-trik

Növbəti yazı

“Sevilya”dan 41 ilin ən pis başlanğıcı