“Qarabağ” tribunalara işğaldan azad olunmuş şəhərlərin adlarını verdi

“Qarabağ” tribunalara işğaldan azad olunmuş şəhərlərin adlarını verdi

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda bəzi yeniliklər edilib. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Tribunalarda bəzi sektorların yerləri və adları dəyişdirilib. VIP və VVIP sektorlara işğaldan azad olunmuş şəhərlərin (Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Xocalı, Laçın, Kəlbəcər, Ağdam, Şuşa, Xankəndi) adları veriib.

Qarşılaşmanın biletləri bu gün saat 15:00-dan satışda olacaq və azarkeşlər iTicket.az mobil tətbiqi vasitəsilə onlayn biletlərini əldə edə bilərlər.

Qeyd edək ki, “Qarabağ” – “Kopenhagen” oyunu oktyabrın 1-də, saat 20:45-də start götürəcək.

ETOPAZ

Əvvəlki yazı

Kamal Umudlu Gənclər Liqası oyununda

Növbəti yazı

“Tottenhem”in futbolçusundan tarixi nailiyyət