“Qarabağ”ın rəqibində itki

“Qarabağ”ın rəqibində itki

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Olimpiakos”da itki baş verib. Belə ki, pireylilərin qapıçısı Tomaş Vaçlikin durumuna aydınlıq gəlib.

O, uzun müddət komandasına kömək edə bilməyəcək. Qolkiper Millətlər Liqasının son turunun İsveçrə ilə qarşılaşmasında xəsarət alıb. Çexiya millisinin üzvünün çiynindəki zədənin ciddi olduğu müəyyənləşib. Həkimlər tibbi müayinələrin ardından Vaçlikin təxminən 2-3 ay kollektivdən ayrı qala biləcəyini açıqlayıb.

ETOPAZ

Əvvəlki yazı

Luka Modriç iki oyunu buraxacaq

Növbəti yazı

Messi PSJ-dən ayrılacaq