“Qarabağ”ın rəqibində ciddi itki

“Qarabağ”ın rəqibində ciddi itki

Çempionlar Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Ayntraxt” ciddi itki ilə üzləşib. Frankfurt təmsilçisinin forvardı Can Uzun zədələnib.

Türkiyə millisinin 19 yaşlı hücumçusu Almaniya Bundesliqanın 9-cu turunun “Haydenhaym”la qarşılaşmasında (1:1) sıradan çıxıb. 

Onun uzun müddət oynamayacağı ehtimal edilir.

Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” qarşılaşması 2026-cı il yanvarın 21-də baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Qrizmann “200”ə çatdı

Növbəti yazı

“Turan Tovuz”dan ev qələbəsi