“Qarabağ”ın rəqibi müəyyənləşdi
“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Azərbaycan çempionu bu turda “Ferensvaroş”la qarşılaşacaq.
Macarıstan təmsilçisi ilk oyunda məğlub olduğu Slovakiya “Slovan”ını böyükhesabla məğlub edib – 4:1. “Ferensvaroş” iki oyunun nəticəsinə görə rəqibini mübarizədən kənarlaşdırıb – 5:3.
Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları avqustun 2-3-də, cavab görüşləri isə ayın 9-da keçiriləcək.