“Qarabağ”ın rəqibi müəyyənləşdi
“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşib. Bu, I təsnifat mərhələsinin Cəbəllütariqdəki cavab oyununda bəlli olub.
“Linkoln” Malta təmsilçisi “Hamrun Spartans”ı qəbul edub. Səfərdə 1:0 hesabı ilə qalib gələn Cəbəllütariq klubu öz meydanında eyni hesabla uduzub. Yekunda qalib penaIti seriyasında müəyyənləşib. Daha dəqiq olan “Linkoln” “Qarabağ”ın rəqibi olacaq.
Qeyd edək ki, “Qarabağ”la “Linkoln” ötən mövsümdə turnirin 1-ci təsnifat mərhələsində qarşılaşıb və çempionumuz hər iki oyunda qaələbə qazanıb (2:1, 4:0). II təsnifat mərhələsinin matçları iyulun 23-24-də və 30-31-də keçiriləcək.