“Qarabağ”ın rəqibi müəyyənləşdi
Konfrans Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. Turnirin qrup mərhələsində ikinci yeri tutan komandalar Avropa Liqasının üçüncü yer sahibləri ilə 8 cüt təşkil edəcək.
Təmsilçimiz “Qarabağ”ın da rəqibi müəyyənləşib. Ağdamlılar “Gent” ilə qarşılaşacaq.
Pley-offun oyunları 2023-cü ildə təşkil olunacaq. İlk matçlar fevralın 16-da, cavab görüşləri 23-də baş tutacaq. “Qarabağ” ilk görüşü Bakıda keçirəcək.
Konfrans Liqası
Pley-off mərhələsi
“Qarabağ” (AZƏRBAYCAN) – “Gent” (Belçika)
“Trabzonspor” (Türkiyə) – “Bazel” (İsveçrə)
“Latzio” (İtaliya) – ÇFR (Rumıniya)
“Budo-Qlimt” (Norveç) – “Lex” (Polşa)
“Braqa” (Portuqaliya) – “Fiorentina” (İtaliya)
AEK (Kipr) – “Dnepr” (Ukrayna)
“Şerif” (Moldova) – “Partizan” (Serbiya)
“Lüdoqorets” (Bolqatıstan) – “Anderlext” (Belçika)