“Qarabağ”ın rəqibi dəqiqləşdi
Çempionlar Liqasında mübarizəni dayandıran “Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi bəlli olub. Ağdam klubunun III təsnifat mərhələsindəki rəqibi “Molde” və HİK arasında matçda müəyyənləşib.
Çempionlar Liqasının II təsnifat mərhələsində uduzan (1:0, 0:2) Finlandiya çempionu “Qarabağ”a rəqib olub. Komandalar arasında ilk matç avqustun 10-da, cavab matçı 17-də keçiriləcək. İlk oyun Bakıda baş tutacaq.
Qeyd edək ki, “Qarabağ” II təsnifat mərhələsində “Rakuv” səddini keçə bilməyib – 2:3, 1:1.