“Qarabağ”ın rəqibi bəlli oldu

“Qarabağ”ın rəqibi bəlli oldu

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi bəlli olub. Azərbaycan çempionu “Şkendiya” (Şimali Makedoniya) klubu ilə qarşılaşacaq.

Şimali makedoniyalılar II təsnifat mərhələsindən FCSB-ni mübarizədən kənarlaşdırıblar. “Şkendiya” hər iki oyunda güclü rəqibini məğlub edərək, sürprizə imza atıb (1:0, 2:1).

Şimali Makedoniya çempionu turnirə ilk mərhələdən start verib və TNS (Uels) komandasını əlavə vaxtda mübarizədən kənarlaşdırıb. Komandalar arasında ilk oyun 0:0, cavab matçı isə 2:1 hesabı ilə başa çatıb.

“Qarabağ” “Şkendiya” ilk görüşü avqustun 5-6-da səfərdə keçirəcək, cavab matçı isə 12-də Bakıda olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” Çempionlar Liqasında yoluna davam edir

Növbəti yazı

Fərid Nəbiyev “Kəpəz”də