“Qarabağ”ın rəqibi bəlli oldu

“Qarabağ”ın rəqibi bəlli oldu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi bəlli olub. Azərbaycan çempionu “Şelburn”la münasibətlərə aydınlıq gətirəcək.

İrlandiya təmsilçisi turnirin ilk təsnifat mərhələsində “Linfild”dən (Şimali İrlandiya) güclü olub. Öz meydanında 1:0 hesabı ilə qalib gələn “Şelburn” səfərdə heç-heçəyə nail olub – 1:1.

Qeyd edək ki, “Qarabağ”ın İrlandiya çempionu arasında mərhələnin ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması isə 30-da baş tutacaq.

ETOPAZ

Əvvəlki yazı

Spensi “Karvan”da

Növbəti yazı

Rodriqo “Liverpul”la anlaşdı