“Qarabağ”ın potensial rəqibi bəlli oldu

“Qarabağ”ın potensial rəqibi bəlli oldu

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin püşkü atılıb. İsveçrədə keçirilən mərasimdə “Qarabağ”ın mümkün rəqibləri də bəlli olub.

2-ci təsnifat mərhələsində “Rakuv” (Polşa) ilə qarşılaşacaq komandamız turu keçəcəyi təqdirdə, “Aris” (Kipr) – BATE (Belarus) cütünün qalibi  ilə görüşəcək. “Rakuv” – “Qarabağ” cütünün qalibi növbəti oyunu evdə keçirəcək. 

3-cü təsnifat mərhələsinin ilk oyunları avqustun 8-9-da olacaq. Cavab matçları isə ayın 15-də baş tutacaq.

Qeyd edək ki, “Qarabağ”la “Rakuv” arasında ilk matç iyulun 26-da Polşada baş tutacaq.
 

ETOPAZ

Əvvəlki yazı

Quliyev “Neftçi”nin prezidenti vəzifəsindən azad edildi

Növbəti yazı

Qara Qarayev “Qarabağ”dan ayrıldı