“Qarabağ”ın potensial rəqibi bəlli oldu
Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb. Azərbaycan çempionu “Qarabağ”ın mümkün rəqibi də bəlli olub.
Təmsilçimiz “Sürix” səddini keçərsə, ilk matçını evdə keçirəcək. Onun bu mərhələdəki rəqibi “Ferensvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya) cütünün qalibi olacaq.
Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 2-3-də, cavab görüşləri isə 9-da keçiriləcək.