“Qarabağ”ın potensial rəqibi bəlli oldu

“Qarabağ”ın potensial rəqibi bəlli oldu

Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü atılıb. Mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın rəqibi dəqiqləşib.

Qurban Qurbanovun komandası I təsnifat mərhələsində qarşılaşacaq “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

“Qarabağ” ilk oyununu səfərdə, cavab matçını 1 həftə sonra evdə keçirəcək.

Qeyd edək ki, II təsnifat mərhələsinin qarşılaşmaları iyulun 22-23-də və 29-30-da olacaq.

ETOPAZ

Əvvəlki yazı

“Sabah”ın potensial rəqibi də müəyyənləşdi

Növbəti yazı

“Kəpəz”lə “Panatinaikos” rəsmiləri arasında görüş